Pleyeri seçin:

"Burada birini vurdu, insan olsa..." | Zülmətə qərq olan küçələrdə nələr baş verir? - Baku TV

15 iyul 2026 334 baxış

Artıq bir aya yaxındır ki, Naxçıvan şəhərinin bəzi küçə və prospektlərində işıqlandırma sistemi işləmir.

Sakinlər gecə saatlarında yolları əl fənərləri ilə işıqlandırmağa məcbur qalırlar.

Şəhərin Babək məhəlləsində yeni quraşdırılan işıq dirəklərinin də yanmadığı bildirilir.

Sakinlər mövcud vəziyyətin həm piyadalar, həm də sürücülər üçün təhlükə yaratdığını deyirlər.

“Ətraf qaranlıqdır, göz gözü görmür. Maşınlar keçir, işıq olmadığı üçün qəza təhlükəsi yaranır. Nə uşaqlar, nə də böyüklər yolu rahat keçə bilirlər. Burada dəfələrlə qəza baş verib. Marketə getmək belə çətindir. Sahibsiz itlər hər yanı bürüyüb, binaların girişlərinə doluşur, uşaqların üstünə cumur. Qaranlıqda isə onları görmək mümkün deyil”, – sakinlərdən biri bildirib.

Digər sakin isə problemin təxminən bir aydır davam etdiyini qeyd edib:

“Bu gün elə burada bir iti maşın vurdu. Onun yerində insan da ola bilərdi. Yaşlı adamlarıq, axşam gəzintiyə çıxmaq istəyirik, amma gözümüz yaxşı görmür. Bu qaranlıqda necə gedək?!”.

Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin bəzi küçələrində işıqlandırma sisteminin müvəqqəti işləməməsi texniki nasazlıqlarla əlaqədardır.

Qeyd olunub ki, nasazlıqların aradan qaldırılması məqsədilə təchizatçı qurum tərəfindən təmir-bərpa işləri aparılır. Problemin qısa müddətdə həlli üçün zəruri tədbirlərin görüldüyü bildirilib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 334 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 334 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 334 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 334 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 334 baxış
Seçilmişlər
icon