"Bütün millət şikayət edir, amma..." - Abşerondakı bu vəziyyət sakinləri özündən çıxardı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yaşayan sakinlər kanalizasiya sularının küçəyə axmasından şikayətlənirlər.
Onlar iddia edirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
“Uşaqlarımız bu yolla məktəbə gedib-gəlirlər. Məcburuq ki, hər gün çirkli suya girək”, “Yol bir gün də olsa quru qalmır. Maşın yuduzdurmaqdan biabır olmuşuq”, – deyə sakinlər narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində texniki nasazlıq qeydə alınıb.
Qurumdan verilən məlumata əsasən, kanalizasiya xəttinin zədələnmiş hissəsi yaxın vaxtlarda yenisi ilə əvəz ediləcək və problem aradan qaldırılacaq.
#Masazır teqi istifadə olunub
- Dirəklər quraşdırılıb, amma işıq yoxdur? | Eyni küçədə problemlər niyə qalır? - 24 SAAT
- Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI
- “Bizi dişləsələr, kim cavab verəcək?!” | Masazırda zülmət | “2 ildir qoyulub, hələ görməmişik ki...”
- Masazırda yüzlərlə tikili su altında qalmaq təhlükəsi ilə üz-üzədir - Baku TV
- "Martda daşdı, 200-dən çox ailə kirayədə qaldı" | Masazırda yüzlərlə tikili su altında qala bilər
