Cəmiyyət
Pleyeri seçin:
"Global Media Group"un şirkətləri arasında "Həngamə" intellektual oyunu keçirildi
“Global Media Group”un tərkibinə daxil olan şirkətlər arasında “Həngamə” intellektual oyunu keçirilib.
Oyunda “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Global Photo Stock”, “Global Management”, “Baku.ws”in əməkdaşları iştirak ediblər.
Tədbirdə püşkatma yolu ilə 10 komanda formalaşdırılıb. 2 tur və finaldan ibarət olan oyun gərgin mübarizə ilə yadda qalıb.
Sonda “Zəfər” adlı komanda qalib elan edilib və onlara mükafatlar təqdim olunub. İlk 3 yeri tutan komandalara isə sertifikatlar verilib.
Qeyd edək ki, oyunu keçirməkdə məqsəd “Global Media Group” şirkətinin üzvləri arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, əməkdaşların asudə vaxtlarının səmərəli təşkilidir.
Kopyalandı
Seçilmişlər