"Göyçədə evimizi tərk edəndə kömür sobası yanılı qaldı" - Qərbi Azərbaycan Xronikası
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Göyçədə evimizi tərk edəndə kömür sobası yanılı qaldı” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Aşağı Şorca kənd sakini Minayə Abbasovanın həyat hekayəsinə həsr olunub.
O, doğma evlərindən ağlaya-ağlaya çıxdıqlarını bildirib:
“Biz Göygöl rayonunun Balçılı kəndinə, sonra Quşçu kəndinə getdik. 1988-ci il noyabrın ortalarında Quşçu kəndindən ermənilər çıxanda yoldaşım buraya mühasib gəldi. Gecə saat 12 radələri olardı. Anam, xalam, qızlarım da bizdə idi. Rəhmətlikləri kəndə qonaq çağırmışdım. Yoldaşımla oğlum o biri otaqda yatmışdı. Dörd yaşlı balaca oğlum da bu biri evdə divanın üstündə yatmışdı. Əlimdə nəsə toxuyurdum. Elə bir onu gördüm ki, pəncərədən evə nəsə atıldı. Qışqırdım və uşağı götürdüm. Qucağımda hiss etdim ki, nəsə açıldı və uşaq artıq qucağımda deyildi. Anam, qızım yaralandı. Bunu mənfur ermənilər etmişdilər.
Dekabrın 28-dən 29-na keçən gecə qış günü idi, çölə çıxa bilmədik. Hava işıqlananda bizi Gəncəyə 5 nömrəli xəstəxanaya apardılar. Ondan sonra Göyçədəki evimizi Gəncə ilə dəyişdik. Ondan sonra dövlətimiz uşağımın şəhidliyinə görə bizə ev verdi”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- İngiltərə nəşrində Zəngəzur dəhlizinin tarixi və Qərbi Azərbaycan həqiqətləri
- Bazarcıq, Bazarçay, Bayatlar, Bayat dağı - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Unudulan Qərbi Azərbaycan təamları yenidən gündəmdə | Tahir Əmiraslanov danışdı
- “Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- "Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub"
