Pleyeri seçin:

"Müasir ordular içində ilk onluqdayıq" | Azərbaycanda ordu quruculuğunun tarixi - Baku TV

26 iyun 2026 361 baxış

“Azərbaycanın ordu quruculuğunda çox qədim ənənələr var. Eramızdan əvvəl III minillikdən etibarən Azərbaycan ərazisində formalaşmış dövlətlərin əksəriyyətində ordu quruculuğu təcrübəsi mövcud olub. Bu, regionun geostrateji mövqeyi ilə bağlı idi – Azərbaycan daim qonşu güclərin təsiri və təzyiqi altında olduğuna görə təhlükəsizlik və müdafiə anlayışı hər zaman ön planda dayanıb”.

Bunu Baku TV-yə açıqlamasında tarixçi Bəxtiyar Məhərrəmov deyib.

Onun sözlərinə görə, ordu quruculuğunun uğurlu nümunələrindən biri Səfəvilər dövründə I Şah Abbas tərəfindən həyata keçirilən islahatlardır:

“O, daimi ordu sistemi formalaşdırdı, ordunu strukturlaşdırdı və xalq ordusu prinsipini gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu da eyni məntiqə əsaslanırdı. Gəncə dövründə ordu sistemi üzrə doqquz qanun qəbul edildi və könüllü xalq dəstələri əsasında struktur quruldu. Qısa müddətdə dörd süvari diviziyası, üç piyada diviziyası, bir aviasiya briqadası (yeddi təyyarə ilə) və bir motoatıcı diviziya formalaşdırıldı. Təxminən 40 minlik ordu dövrün tələblərinə cavab verən sistem idi və müəyyən uğurlar da əldə etdi”.

Tarixçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu konsepsiyası tam şəkildə davam etdirilə bilməsə də, nəzəri baxımdan bu model xüsusilə Şərq ölkələri üçün nümunə sayıla biləcək sistemlərdən biri kimi qiymətləndirilir:

“Bu gün Azərbaycanın müasir ordusu da xalq ordu konsepsiyasının üzərində qurulub. Xüsusi təyinatlı bölmələrin döyüş qabiliyyəti, mobil hərbi sistemlərin çevikliyi və texnologiyadan istifadəyə görə Azərbaycan Ordusu müasir hərbi göstəricilər baxımından ön sıralarda yer alan ordular sırasındadır”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 361 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 361 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 361 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 361 baxış
Seçilmişlər
icon