Pleyeri seçin:

"Müəllim ona görə uşaqlara nəzarət edə bilmir ki..." | Sistemimizdə hansı boşluqlar var? - Baku TV

20 avqust 2026 349 baxış

Yaponiyada ibtidai təhsilin ilk üç ilində şagirdlərə xarakter və şəxsiyyətin formalaşması, təbiətə və heyvanlara hörmət, yaxşı insan olmağın vacibliyi öyrədilir. Azərbaycanda isə uşağın tərbiyəsinə kimin cavabdeh olması – ailənin, yoxsa məktəbin – hələ də müzakirə mövzusudur.

Psixologiya üzrə fəlsəfə doktoru Limunət Əmrahlının sözlərinə görə, uşağın tərbiyəsini yalnız ailənin üzərinə qoymaq doğru deyil:

“Uşaqların tərbiyəsini təkcə ailənin üzərinə atıb, “ailə məşğul olmalıdır” deməyimiz doğru deyil. Digər tərəfdən, ailə bu məsuliyyəti öz üzərinə götürməlidir”.

Psixoloq hesab edir ki, Azərbaycanda bu istiqamətdə dövlət səviyyəsində xüsusi konsepsiyaya ehtiyac var. Onun fikrincə, ailə, bağça və məktəbin üzərinə düşən vəzifələr dəqiq müəyyənləşdirilməlidir:

“Bu gün bizim tərbiyə sistemimizdə boşluqlar var. Ailə uşağı məktəbə necə hazırlamalı olduğunu bilmir. Məktəbə gələn uşaqların davranışına nəzarət etməkdə çətinlik çəkməyimizin səbəblərindən biri də budur”.

Limunət Əmrahlı məktəblərdə əxlaq qaydaları və davranış normalarının ayrıca diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. O bildirib ki, uşağın şəxsiyyətinin əsas xüsusiyyətləri erkən yaşlarda formalaşır:

“Beş yaşa qədər şəxsiyyət formalaşır, davranış modelləri mənimsənilir. Ona görə də biz bu məsələlərə daha erkən yaşlardan yanaşmalıyıq”.

Psixoloq Finlandiya və ABŞ-dəki yanaşmaları da nümunə göstərib. Onun sözlərinə görə, müasir metodlarda uşağın fərdi xüsusiyyətləri, maraqları və davranış modelləri nəzərə alınır.

L.Əmrahlı hesab edir ki, Azərbaycan həm müasir metodlardan yararlanmalı, həm də milli-mədəni dəyərlərə əsaslanan tərbiyə üsullarını inkişaf etdirməlidir:

“Biz ənənəvi metodlarımıza, ailə və milli mədəniyyətimizdə olan metodlara qayıtmalıyıq. Bunun üçün də tədqiqatçılar qrupu işləməli, nəyin necə olmalı olduğunu müəyyənləşdirməlidir”.

Kopyalandı
Banner
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 349 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 349 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 349 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 349 baxış
Seçilmişlər
icon