Pleyeri seçin:
"Narkotiki tərgitmək üçün buna başladım" | Tanınmış şairin küçə və həbs həyatı - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı şair Rauf Məmmədov olub.
Əvvəllər pis vərdişləri olduğunu deyən Rauf Məmmədov buna görə ailəsinin dağıldığını bildirib:
“Narkotikdən istifadə edirdim. Bundan qurtulmaq üçün içki içməyə başladım. Həyat yoldaşım da pis vərdişlərimə görə məndən ayrıldı. Evin əşyalarını satırdım, xanımıma əl də qaldırmışdım. Yoldaşımı çox sevirdim. Onunla barışmaq istəyirəm, amma qarşısına çıxmağa cəsarətim yoxdur”.
O, həyat yoldaşı ilə ayrılandan sonra küçə həyatı yaşadığını söyləyib:
“Sonunu düşünmədən evi oğluma verib oradan çıxdım. Sonra beş il küçə həyatı yaşadım. Zibilliklərin yanında yemək qoyurdular, onlarla qidalanırdım. İndi kirayədə qalıram. Evin ödənişini və ehtiyaclarımı xeyirxah bir insan qarşılayır”.
Kopyalandı
