"Nəvələrim gəlib-gedir, nəsə olsa..." | Ev aldılar, yaşaya bilmirlər | “Təhlükəli haldır” - Baku TV
Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsinin sakinləri uzun müddətdir ki, ciddi problemlə üzləşiblər. Binadan mənzil alan 90-dan çox ailə illərdir öz evlərinə köçə bilmir.
Sakinlərin sözlərinə görə, yaşayış binası tikinti şirkəti (MTK) tərəfindən tam tikilərək təhvil verilməyib. Hazırda binada lift və qaz xətləri yoxdur, dam örtüyü isə quraşdırılmayıb.
Vətəndaşlar şikayətlərini Baku TV ilə bölüşüblər.
“Vəziyyət çox təhlükəlidir. Beş və səkkiz yaşlarında iki nəvəm var. Biri məktəbə, digəri isə bağçaya gedir. Pilləkənlərin kənarları açıq olduğu üçün onlar sərbəst hərəkət edə bilmirlər. Bir hadisə baş versə, kim cavab verəcək?!”, – onlardan biri söyləyib.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin müraciətləri nəzarətə götürülüb:
“Problemin həlli məqsədilə MTK rəhbərliyi ilə görüş keçirilib və sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində zəruri tapşırıqlar verilib”.
#Sumqayıt teqi istifadə olunub
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
- Sumqayıtda baş verən dəhşətli hadisə barədə təcili məlumat - Baku TV CANLI
- "Özü yandırıb, sonra qaçıb gedib" | Sumqayıtda kişi valideyninin evinə od vurdu? - Baku TV
- “Zəhmətkeş ata idi” | Qonşu qandonduran hadisədən daha nələr danışdı? - Baku TV
- Ata-oğul arasındakı mübahisənin sonu qanla bitdi - Baku TV CANLI
