"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV
Şamaxı şəhəri, Şirvan küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yaşadıqları ərazidə yolun yararsız vəziyyətdə olmasından şikayətləniblər.
Belə ki, 100-dən çox ailənin yaşadığı küçənin bir neçə nöqtəsində asfalt örtüyü dağılıb, yolda dərin çuxurlar əmələ gəlib.
Sakinlər bildirirlər ki, bu vəziyyət həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də avtomobillərə ziyan vurur.
“Bu yoldan keçəndə çətinlik çəkirik. Maşının ehtiyat hissələrində problemlər yaranır, qazandığımızı ancaq ustalara veririk”, – deyə sakinlərdən biri qeyd edib.
Başqa bir sakinin sözlərinə görə, küçədən mütəmadi olaraq ağırtonnajlı nəqliyyat vasitələri keçir: “Küçədən hər maşın keçəndə evlər silkələnir. Bu yolda dəfələrlə qəza olub”.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, müvafiq dövlət proqramına uyğun olaraq şəhərdə küçələrin və digər avtomobil yollarının asfaltlanması layihəsi mərhələli şəkildə davam edir. Şirvan küçəsində də qrafikə uyğun olaraq işlərin aparılması nəzərdə tutulur.
#Şamaxı teqi istifadə olunub
- Şamaxıda "Media və Rəqəmsal Savadlılıq" düşərgəsində təlimlər davam edir - Baku TV
- Şamaxıda “Yay Fest 2026” həyəcanı | İştirakçılar yeni bilik və təcrübə qazanırlar - Baku TV
- "Yay Fest 2026" düşərgəsi Şamaxıda | Pirquluda panel müzakirələr aparılır - Baku TV
- "Müxtəlif biliklər əldə edirik" | Şamaxıda "Yay Fest 2026" layihəsinə start verildi - Baku TV
- "Rayon mərkəzi ilə əlaqə kəsilib" | Şamaxıda sel 3 kəndin yolunu dağıtdı - Baku TV
