Şamaxıda "Media və Rəqəmsal Savadlılıq" düşərgəsində təlimlər davam edir - Baku TV
Şamaxıda keçirilən “Yay Fest 2026” gənclər festivalı sentyabrın 4-dək davam edəcək.
Səkkiz həftə ərzində təşkil olunacaq festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulur.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı hesab edilən “Yay Fest 2026” çərçivəsində gənclər həm əylənəcək, həm də Azərbaycanın yeni rəqəmsal arxitekturası ilə bağlı müzakirələr aparacaqlar.
Festival müddətində kreativ düşüncə, müasir şəhərlər və texnologiya, elm, etika və gələcək, mühəndislik və kodlaşdırma, startap və sahibkarlıq, idman və sağlamlıq kimi mövzuları əhatə edən düşərgələr mərhələli şəkildə təşkil olunacaq.
Festival iştirakçısı Nübar Abışlı bildirib ki, bu il düşərgənin əsas mövzularından biri media və rəqəmsal savadlılıqdır:
“Ötən il də “Yay Fest”də iştirak etmişdim. Bu il mövzu media və rəqəmsal savadlılıqla bağlıdır. Hazırda bu, çox aktual məsələdir. Təlimlərdə yeni biliklər əldə edir və öyrəndiklərimizi gündəlik həyatımızda tətbiq edirik. Bununla yanaşı, asudə vaxtlarımızda müxtəlif oyunlar və əyləncəli proqramlar təşkil olunur. Yəni həm öyrənir, həm də əylənirik”.
Digər iştirakçı Qurban Mustafayev isə festivalın onda xoş təəssürat yaratdığını deyib:
“Təəssüratlarım çox yaxşıdır. Burada yeni dostlar qazanmışam. Hər şey çox gözəldir”.
#Şamaxı teqi istifadə olunub
- Şamaxıda “Yay Fest 2026” həyəcanı | İştirakçılar yeni bilik və təcrübə qazanırlar - Baku TV
- "Yay Fest 2026" düşərgəsi Şamaxıda | Pirquluda panel müzakirələr aparılır - Baku TV
- "Müxtəlif biliklər əldə edirik" | Şamaxıda "Yay Fest 2026" layihəsinə start verildi - Baku TV
- "Rayon mərkəzi ilə əlaqə kəsilib" | Şamaxıda sel 3 kəndin yolunu dağıtdı - Baku TV
- "Maşın düşür, çıxa bilmir, sel də elə gəlir..." | Mərkəzi küçələr niyə keçilməz haldadır? - Baku TV
