Pleyeri seçin:

Valideyn himayəsindən məhrum uşaqlar üçün mühüm addım - Baku TV

06 sentyabr 2026 253 baxış

Valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə qovuşması üçün daha bir addım atılıb. Himayədar ailə olmaq istəyən vətəndaşlar üçün proses sadələşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin təkmilləşdirilməsi və sadələşdirilməsi məqsədilə müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.

Yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə imkan verir. Bununla yanaşı, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddətdə himayədar valideyn kimi fəaliyyətə başlaması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Nuranə Həsənova bildirib ki, himayədar ailə olmaq üçün müraciət edən şəxs uçota alındıqdan sonra 10 iş günü müddətində onunla müsahibə keçirilir. Eyni zamanda uşağın mənafeyinə uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılır.

Onun sözlərinə görə, bu mərhələni uğurla keçən ailələr daha sonra Nazirlik tərəfindən təşkil olunan təlimlərə cəlb edilir. Yeni dəyişikliklərə əsasən, təlim müddəti minimum üç günədək azaldılıb.

Bundan əlavə, təlimlərdə iştirak edə bilməyən vətəndaşlar üçün onlayn iştirak imkanı yaradılıb. Bu dəyişiklik vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Nuranə Həsənova qeyd edib ki, himayədar ailə olmaq istəyən valideynin uşaq seçimində müəyyən edilmiş müddət də yeddi iş günündən beş iş gününədək azaldılıb.

“Himayədar ailə prosesinin mərhələlərinin – müsahibənin təşkili, maddi-məişət şəraitinin yoxlanılması, təlimin qiymətləndirilməsi, uşağın valideynə, valideynin uşağa uyğunluğu, eləcə də valideynlə uşağın görüşünün təşkili və himayədar ailə müqaviləsinin imzalanması mərhələlərinin yekun qiymətləndirilməsi üç iş günü müddətində həyata keçirilir”, – deyə o bildirib.

Banner
Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI

Bakıda yerləşən lazer salonu barədə dəhşətə gətirən ittiham - Baku TV CANLI

Cəmiyyət
22 oktyabr 2026 253 baxış
“Uşaq ağlaya-ağlaya çıxıb” | “Mika lazer” salonunda nə baş verib? | “Bədəni bütün yaradır” - Baku TV

“Uşaq ağlaya-ağlaya çıxıb” | “Mika lazer” salonunda nə baş verib? | “Bədəni bütün yaradır” - Baku TV

Cəmiyyət
22 oktyabr 2026 253 baxış
Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV

Özünüməşğulluq proqramı üzrə ilk: azad edilən ərazilərdə təsərrüfat fəaliyyətinin inkişafı - Baku TV

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
“Xüsusi proqramlarımız var” | ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri - Baku TV

“Xüsusi proqramlarımız var” | ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətləri - Baku TV

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
Niyə arıqlaya bilmirik? | Gündəlik kalori balansı necə qorunmalıdır? - Baku TV

Niyə arıqlaya bilmirik? | Gündəlik kalori balansı necə qorunmalıdır? - Baku TV

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
2027-ci ildə balıq məhsullarına subsidiyalar ayrılacaq

2027-ci ildə balıq məhsullarına subsidiyalar ayrılacaq

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
Ekspertlər bahalaşma ilə bağlı səbəbləri açıqladı

Ekspertlər bahalaşma ilə bağlı səbəbləri açıqladı

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
Mövsümi balıqların qiyməti alıcıları qane edirmi? | Bazarda vəziyyət necədir? - Baku TV

Mövsümi balıqların qiyməti alıcıları qane edirmi? | Bazarda vəziyyət necədir? - Baku TV

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI

Hava ilə bağlı xəbərdarlıq: Bakını leysan gözləyir? - Baku TV CANLI

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
"Deyirlər, nə istəyəcəyik, edəcəyik..." | Yasamalda tikinti şirkəti sakinləri hədələyir? - Baku TV

"Deyirlər, nə istəyəcəyik, edəcəyik..." | Yasamalda tikinti şirkəti sakinləri hədələyir? - Baku TV

Cəmiyyət
21 oktyabr 2026 253 baxış
Seçilmişlər
icon