Pleyeri seçin:

"Qurban kəsməyin" deyənlər o halda səmimidir ki... | Dinlərdə qurban anlayışı - AMİN

06 noyabr 2024 345 baxış

“Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında əksər dinlərdə olan qurban anlayışı mövzusu ətrafında müzakirə aparılıb.

İlahiyyat Universitetinin rektoru Aqil Şirinov “qurban”ın etimologiyasından danışarkən qeyd edib ki, bu söz dilimizə ərəbcədən keçib:

“Qurb” kəlməsi ərəb dilində “yaxınlaşmağı” bildirir. Qurban da Allaha yaxınlaşmağı ifadə edir. Tarixə nəzər yetirdikdə görürük ki, əksər dinlərdə qurban ibadəti var. İnsanlar bu ibadəti bir növ Allaha yaxınlaşma vasitəsi kimi görüblər”.

Aqil Şirinov bildirib ki, yəhudilikdə qurban əsas ibadət növü olub:

“Süleyman” məbədi mövcud olduğu müddətcə yəhudilərdə sözügedən ibadət icra olunub. Romalılar tərəfindən sonuncu dəfə məbəd dağıdıldıqdan sonra artıq ortodoksal yəhudilikdə qurban ibadəti bildiyimiz şəkildə qalmayıb.

Xristianlığa gəlincə, qurbanın insan qurbanı, yəni İsa ilə əvəz edildiyini görürük. Xristianlıq Həzrət İsanın özünü qurban kimi təqdim edir. Bu dində ilk insanların etdiyi hərəkətə görə insanlar günahkar hesab edilirlər və İsa gəlib onların günahına görə özünü qurban verir.

İslama gəlincə isə görürük ki, yəhudilikdə olan qurban ibadəti ilə İslamda olan qurban anlayışı bir-birinə xristianlıqdan daha yaxındır”.

A.Şirinov “Qurban bayramında heyvanları kəsməyin” deyənlərin fikrinə münasibət bildirib:

“Bu iddianı irəli sürənlərin bir qisminin səmimiyyətinə inanıram, digərlərinin isə yox. O zaman səmimiyyətə inanmaq olar ki, həmin insanların özləri ət yeməsinlər. Amma bunu deyənlərin çoxu gündəlik həyatlarında ət yeyirlər. Üstəlik, İslamın qurban ibadəti bir tərəfdən bizim təqvamızı göstərirsə, digər tərəfdən də xeyirxahlıqdır. Yəni həmin ət insanlara paylanılır”.

Sosial Xidmətlər Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı - Baku TV CANLI

Sosial Xidmətlər Agentliyində 2025-ci ilin yekunlarına dair mətbuat konfransı - Baku TV CANLI

Cəmiyyət
19 yanvar 2026 345 baxış
Şuşa teatrında "İnanıram" monotamaşası baş tutdu - Baku TV

Şuşa teatrında "İnanıram" monotamaşası baş tutdu - Baku TV

Cəmiyyət
19 yanvar 2026 345 baxış
"Ölüb" dedilər, telefonu özü açdı" | Nüsrət Kəsəmənli Təbrizdən niyə qayıda bilmədi? - RETRO BAKU

"Ölüb" dedilər, telefonu özü açdı" | Nüsrət Kəsəmənli Təbrizdən niyə qayıda bilmədi? - RETRO BAKU

Cəmiyyət
18 yanvar 2026 345 baxış
"Belə getsə, tarixə qovuşacaq" | Bakının "Kubinka" məhəlləsindən reportaj - Baku TV

"Belə getsə, tarixə qovuşacaq" | Bakının "Kubinka" məhəlləsindən reportaj - Baku TV

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Göllər quruduldu, yerində evlər tikildi: kimlər nəyin qarşılığında icazə verib? - XÜLASƏ

Göllər quruduldu, yerində evlər tikildi: kimlər nəyin qarşılığında icazə verib? - XÜLASƏ

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Yanvarın 19-na olan hava proqnozu açıqlanıb | Hava haqqında məlumat - Baku TV

Yanvarın 19-na olan hava proqnozu açıqlanıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Sakinlər tikinti şirkətindən şikayətləndi | MTK məsələ ilə bağlı açıqlama verdi - Baku TV

Sakinlər tikinti şirkətindən şikayətləndi | MTK məsələ ilə bağlı açıqlama verdi - Baku TV

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Ramana sakinlərini bezdirən yol problemi niyə həllini tapmır? - Baku TV

Ramana sakinlərini bezdirən yol problemi niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Bakının soyuq qış gecəsi

Bakının soyuq qış gecəsi

Cəmiyyət
18 yanvar 2026 345 baxış
"Partlayış oldu, şəhər itdi" | Çəkilişi görəndə kim gizləndi? | Kəmalə Urakəranda | KƏNDİNƏ QAYIT

"Partlayış oldu, şəhər itdi" | Çəkilişi görəndə kim gizləndi? | Kəmalə Urakəranda | KƏNDİNƏ QAYIT

Cəmiyyət
18 yanvar 2026 345 baxış
Seçilmişlər
icon