Cəmiyyət
Pleyeri seçin:
"Sədərək"dəki yanğından sonrakı vəziyyət
“Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat” adlanan hissəsində baş verən yanğında təxminən 30-a yaxın obyektə ciddi ziyan dəyib. Bəzi obyeklər tamamilə yararsız vəziyyətdədir.
Zərərçəkən sahibkarlardan biri Baku TV-yə açıqlamasında qeyd edib ki, hadisə nəticəsində 82 minlik malı yanıb. “200 min da bankdan pul götürmüşəm, hamısını da bu işə xərcləmişəm. İndi də bankın pulunu necə ödəyəcəyimi bilmirəm”, - deyə o əlavə edib.
“Sədərək” Ticarət Mərkəzinin sözçüsü Kəmaləddin Qədimin sözlərinə görə, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək. “Rəhbərlik digər maddi yardımlar da nəzərdə tutur. Həmçinin onlara uzun müddət yer pulu məsələsində də güzəşt olunacaq”, - deyə K.Qədim bildirib.
Kopyalandı
Seçilmişlər