Pleyeri seçin:

"Talışların 12-dən sonra..." fikrinin faciəvi tarixçəsi - KƏNDİNƏ QAYIT

05 mart 2025 1940 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Astara rayonunun Kakalos, Hamoşam və Toradi kəndlərinə səyahət edilib.

Astara rayonu Azərbaycanın cənubunda yerləşir. Bakıdan Astaraya getmək üçün 281 kilometr yol qət etmək lazımdır. 2019-cu ilin statistikasına görə, rayonda 108 634 nəfər yaşayır, onların əsas hissəsini talışlar təşkil edir.

Aparıcı Kəmalə Bədəlova Hamoşam kəndindən keçərək Astaranın ən ucqar yerlərindən biri olan “Gəlinqaya”ya üz tutub. “Gəlinqaya”nın əzəməti və gözəlliyi uzaqdan insanı heyran edir. Bəs görəsən, həmin qayalar necə yaranıb?

Tarixçi Ağakərim Abdulov bu məkanın maraqlı hekayəsindən söz açıb.

“Qayalar haqqında belə bir əfsanə var ki, qədim zamanlarda Ərdəbildən Lənkərana gələn toy karvanının qarşısını əjdaha kəsir. O, karvandan gəlini istəyir. Bu zaman isə gəlin dua edir ki, əjdahaya qismət olmaqdansa, daşa dönsünlər. Sonra isə əjdaha və orada olan bütün insanlar daşa çevrilirlər”, – deyə tarixçi bildirib.

A.Abdulov həmçinin “12-dən sonra talışların başı işləmir” mifi haqqında danışıb.

“Bu mifi yaradan ruslardır. 1813-cü ildə onlar Lənkəranı ələ keçirmək üçün qalaya hücum edirlər. Dekabrın 31-i gecə saat 12-yə kimi qaladakılara vaxt verirlər ki, təslim olsunlar, əks halda onları ölümlə hədələyirlər. Amma qalaya rəhbərlik edən Sadıq xan son damla qanlarına qədər döyüşəcəklərini və təslim olmayacaqlarını bildirir.

Gecə saat 12-də ruslar daha müasir silahlarla qalaya hücum edir, oradakıları qılıncdan keçirərək qalib gəlirlər. Bu mifi də ölümü gözə aldıqları, sözlərindən dönmədikləri üçün yaradıblar”, – deyə o qeyd edib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 1940 baxış
Seçilmişlər
icon