Pleyeri seçin:

"Xərçəng xəstəliyi yarada bilir" | Teflon örtüklü qazanların satışı qadağan edilir? - Baku TV

06 yanvar 2026 613 baxış

Avropa Birliyi ölkələrində 2026-cı il yanvarın 1-dən rəsmi olaraq teflon tavaların istifadəsi qadağan olunub.

Əsas səbəb bu məhsullarda insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) yüksək miqdarda olmasıdır.

Yeni tənzimləməyə əsasən, tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak məhsullarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək.

Kimya üzrə fəlsəfə doktoru Elmir Babayev bildirib ki, teflon materiallarının istehsalı ötən əsrin 40-cı illərindən başlayıb və onların yağa, suya, ləkəyə və yüksək temperatura davamlılığı səbəbindən sənayenin müxtəlif sahələrində geniş istifadə olunub:

“Bu maddələrin təbiətdə və canlı orqanizmlərdə parçalanmaması onları zərərli kimyəvi maddələr sinfinə aid edir”.

Həkim Abbas Bağırov isə qeyd edib ki, teflon örtüklü qabların səthi zədələndikdə onların tərkibində olan PFAS birləşmələri qidaya keçə və zəhərli təsir göstərə bilər. Onun sözlərinə görə, bu maddələr qida, su və təmas yolu ilə insan orqanizminə daxil olur:

“PFAS maddələri endokrin sistemin fəaliyyətini pozur, qaraciyər və mədə-bağırsaq sisteminə ciddi zərər verə bilir. Xüsusilə hamilə qadınlar, uşaqlar və gənclər üçün bu risk daha böyükdür”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Azərbaycanda teflon tavalarla bağlı uzun illərdir müzakirələrin aparıldığını bildirib: “Bu məhsullarla bağlı müəyyən narahatlıqlar olsa da, onlar hələ də satışdadır və istehlakçılar tələbat səbəbindən bu cür malları almaqda davam edirlər”.

Mütəxəssislər vətəndaşlara gözlənilən təhlükələrdən uzaq durmağı, təmiz və etibarlı məhsullara üstünlük verməyi tövsiyə edirlər.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 613 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 613 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 613 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 613 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 613 baxış
Seçilmişlər
icon