Pleyeri seçin:

Rusiyalılar rezervasiyaları ləğv etsə də… | Bayramda hotellərin qiymətləri və doluluğu necə oldu?

07 yanvar 2025 380 baxış

“Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95 % arasında olub”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi Azərbaycanda turizm sektorunun 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyd edilən bayram günləri boyunca yerli və xarici turist axını ilə bağlı hotellərin doluluq səviyyəsini şərh edərkən deyib.

Ekspert bildirib ki, bayram tətili dövründə regionlarda hotellərin doluluq səviyyəsi çox yüksək olub. O, qiymət artımlarına da diqqət çəkib:

“Yüksək kateqoriyalı hotellərdə adi günlərlə müqayisədə 65-75 % artım, ümumi olaraq bayram dövründə 35-50 % qiymət artımı müşahidə olunub. Paytaxt turizmi və buradakı hotellər bayram günlərində daha çox qonaq qəbul edib”.

S.Dübəndi vurğulayıb ki, turizm sektoru beynəlxalq amillərdən ciddi şəkildə asılıdır:

“Hazırda beynəlxalq vəziyyət, regionda baş verən hərbi xarakterli hadisələr, quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir edir. Vaxtilə sovet dövründə sərhədlər ciddi nəzarət altında olsa da, turist mübadiləsi mümkün idi. Dəmir yolu nəqliyyatı bu baxımdan əhəmiyyətli vasitədir”.

“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov isə bu məsələni şərh edərkən bildirib ki, bayram tətili ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyi ilə yadda qalıb. Onun sözlərinə görə, bayram günləri hər il olduğu kimi hotellərin doluluğu ilə yadda qalıb:

“Xüsusən rayonlarda xaricdən gələn turistlərin sayı artıb. Amma bəzi ölkələrdən, xüsusən Rusiya bazarından rezervasiyaların ləğvini müşahidə etdik. Bu da aviasiya sahəsindəki məlum hadisə ilə bağlı idi”.

O qeyd edib ki, uzun tətil dövrləri insanların səyahət planlarını dəqiqləşdirməsinə imkan yaradır:

“2024-cü il turizm bazarının bərpa ili kimi yadda qalıb. 2019-cu ilin səviyyəsinə tam çatılmasa da, ona yaxın göstəricilər qeydə alındı. 2023-lə müqayisədə daxili turizm bazarı 30 % artıb. Ümid edirik ki, 2025-ci ildə turizm bazarı tam bərpa olunacaq”.

"Toz əlindən göz gözü görmür" | Xırdalanda təhlükə saçan sex sakinləri özündən çıxardı - Baku TV

"Toz əlindən göz gözü görmür" | Xırdalanda təhlükə saçan sex sakinləri özündən çıxardı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? - AKTUAL GÜNDƏM

Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
“O dəfə zorla qaçırtdım” | Bu körpü hər an uça bilər! - “30-40 tonluq maşınlar keçir” - Baku TV

“O dəfə zorla qaçırtdım” | Bu körpü hər an uça bilər! - “30-40 tonluq maşınlar keçir” - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI

Sakinlərə xəbərdarlıq: Paytaxtda hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
“Azərbaycana gəlməyimizdə səbəb...” | Yüksel Utar din xadimlərinin səfərindən danışdı - Baku TV

“Azərbaycana gəlməyimizdə səbəb...” | Yüksel Utar din xadimlərinin səfərindən danışdı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI

Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri ölkəmizdə səfərdədir - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 380 baxış
Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV

Güclü küləkdə bu yerlərdən uzaq durun | FHN-dən əhaliyə müraciət - Baku TV

Cəmiyyət
06 sentyabr 2026 380 baxış
Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT

Bu kəndə giriş kimlər üçün bağlıdır? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
06 sentyabr 2026 380 baxış
İnandı, dələduzluğun qurbanı oldu | TikTok "ekstrasens"i vətəndaşı necə aldatdı? - XÜLASƏ

İnandı, dələduzluğun qurbanı oldu | TikTok "ekstrasens"i vətəndaşı necə aldatdı? - XÜLASƏ

Cəmiyyət
06 sentyabr 2026 380 baxış
Seçilmişlər
icon