Pleyeri seçin:

Sabunçuda kollektor dağıldı, evləri, həyətləri su basdı - Baku TV

09 aprel 2026 27 baxış

Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məhərrəm Süleymanov küçəsində güclü yağışlar zamanı ərazidəki kollektorun ətrafı uçub-dağılıb, içərisi torpaq və tullantılarla dolduğundan yağış suları axa bilmir.

Sakinlərdən biri bildirib ki, martıb 28-dən etibarən su həyətlərdə yığılıb:

“Evlərin hamısı suyun içində qalıb. Suyun səviyyəsi təxminən metr yarıma qədər qalxıb. Artıq 10-12 gündür ki, çəkilmir. Burada bir qram da yağış suyu yoxdur, hamısı kanalizasiya suyudur. Dəfələrlə məlumat vermişik, hətta şəkillərini də təqdim etmişik ki, kollektorun təmir olunması lazımdır. Bizə deyirlər ki, hələ maşınımız yoxdur”.

“Birinci dəfə yağış yağanda torpaq uçmuşdu. Gəlib qabağını təmizlədilər, su axmağa başladı. İkinci dəfə yenə torpaq üstünə töküldü. Gəlib baxdılar, dedilər, düzəldəcəklər, amma olduğu kimi qalıb. Bütün həyətlərin suları orada yığılıb. Qonşuların evlərini də su basıb”, – başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə tullantı su xəttində təmir işlərinin aparılması üçün qazıntı işləri görülməlidir.

Qurumdan qeyd olunub ki, qazıntı işlərinin aparılması üçün müvafiq quruma müraciət edilib. İcazə alındıqdan sonra qazıntı işləri aparılacaq və xəttin təmir-bərpası həyata keçiriləcək.

İmtahana girən tələbənin başına görün nə gəldi | “Dedi ki, biz təhvil almırıq...” - Baku TV

İmtahana girən tələbənin başına görün nə gəldi | “Dedi ki, biz təhvil almırıq...” - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
Qadın hərbçilər üçün MAXE müddətində hansı dəyişiklik edildi? - ANA XƏBƏR

Qadın hərbçilər üçün MAXE müddətində hansı dəyişiklik edildi? - ANA XƏBƏR

Cəmiyyət
09 aprel 2026 27 baxış
“Bütün bazarın “otxod”u buradadır!” | Kanalizasiya xəttini zibilliyə çevirənlərin ifşası - Baku TV

“Bütün bazarın “otxod”u buradadır!” | Kanalizasiya xəttini zibilliyə çevirənlərin ifşası - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
Xocavənddə müasir tələblərə cavab verən avadanlıqlar quraşdırıldı - Baku TV

Xocavənddə müasir tələblərə cavab verən avadanlıqlar quraşdırıldı - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
Valideyn narazılıq etdi | Rusdilli autizmli uşaqların təhsili ilə bağlı hansı problem var? - Baku TV

Valideyn narazılıq etdi | Rusdilli autizmli uşaqların təhsili ilə bağlı hansı problem var? - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə son durum | Qurumdan açıqlama - Baku TV

İçərişəhərdə qala divarında uçqun baş verən ərazidə son durum | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
"Bu qədər iti hara aparım?!" | 400 heyvan sığınacaqdan niyə çıxarıldı? - Baku TV

"Bu qədər iti hara aparım?!" | 400 heyvan sığınacaqdan niyə çıxarıldı? - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
İçərişəhərin qala divarlarında aşınma niyə baş verdi? - Hadisə yerindən bağlantı - Baku TV

İçərişəhərin qala divarlarında aşınma niyə baş verdi? - Hadisə yerindən bağlantı - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
İmtahan qalmaqalları böyüyür: qəbul sistemi abituriyentləri xaricdə təhsilə yönəldir?

İmtahan qalmaqalları böyüyür: qəbul sistemi abituriyentləri xaricdə təhsilə yönəldir?

Cəmiyyət
09 aprel 2026 27 baxış
“Bu, “28 May”da sıxlığı azaldacaq” | Bakı metrosunda hansı işlər görülür? - Baku TV

“Bu, “28 May”da sıxlığı azaldacaq” | Bakı metrosunda hansı işlər görülür? - Baku TV

Cəmiyyət
09 aprel 2026 27 baxış
Seçilmişlər
icon