Sakinlərdə hiddət yaradan obyekt | “Burada elə məclislər keçiriləcək ki...” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində yerləşən “Levent 2” yaşayış kompleksinin sakinləri binanın aşağı hissəsində mərasim evinin fəaliyyətə başlamasından narahatdırlar.
Baku TV-nin çəkiliş qrupu sakinlərin müraciəti əsasında əraziyə gedərək məsələni aydınlaşdırmağa çalışıb.
Sakinlərin sözlərinə görə, yaşayış binasının altında fəaliyyət göstərəcək mərasim evində keçiriləcək yas mərasimləri səs-küyə səbəb ola, xüsusilə uşaqların psixoloji durumuna mənfi təsir göstərə bilər.
Sakinləri narahat edən digər məsələ isə mərasim evinin arxa hissəsində binanın həyətinə açılan qapının olmasıdır. Onların iddiasına görə, əlavə olaraq qarajdan mərasim evinə qalxan lift də quraşdırılıb.
Məsələ ilə bağlı obyekt rəhbərliyinin mövqeyi də öyrənilib. Bildirilib ki, burada keçiriləcək mərasimlər digər yerlərdən fərqli olacaq və sakit şəkildə təşkil ediləcək. Qarşı tərəfin sözlərinə görə, səs-küyə yol verilməyəcək.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
