Şamaxıda gənclərlə Qərbi Azərbaycan həqiqətləri mövzusunda görüş keçirilib
Şamaxıda “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində məlumatlandırıcı sessiya təşkil edilib.
Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkilindən danışıb.
Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü, deputat Səbinə Xasayeva və İcmanın İdarə Heyətinin üzvü Nazim Mustafa Qayıdış konsepsiyasının müddəaları, icmanın strukturu və fəaliyyət istiqamətləri, görülən işlərlə bağlı məlumat veriblər.
Görüşdə Qərbi Azərbaycan həqiqətləri, tarixi və mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, layihənin məqsədi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.
#Şamaxı teqi istifadə olunub
- 5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər
- "Yanında uşaqlar olub..." | Şamaxıda azyaşlının faciəvi ölümünün detalları məlum oldu - Baku TV
- Şamaxıda faciəvi hadisənin detalları məlum oldu - Baku TV CANLI
- “Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV
- Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV
