Pleyeri seçin:

Saral xalçalarındakı kodlarla ötürülən məxfi mesajlar | Qərbi Azərbaycan Xronikası

11 iyul 2023 345 baxış

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Saral kəndinin ilməyə köçən yaddaşı” adlı veriliş efirə gedib.

Verilişdə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndinin sənətkarlığından, tarixindən, mədəniyyətindən və məişətindən söz açılır:

“Saral kəndi qədim türklərin yaşayış məntəqələrindən biri olub. Zaman-zaman seysmik zonada yerləşdiyi üçün zəlzələlər bu kəndi dağıdıb. Hətta tarixi mənbələrdə bu kəndin iki kənddən ibarət olduğu deyilir. Lakin təbii fəlakət bu kəndin əhalisini pərən-pərən salıb və yenidən əhali öz torpaqlarına, öz tarixi yurdlarına qayıdıb və vətənə qayıdışdan sonra məskunlaşma, yeni həyat davam edib. Bu kəndin bütöv bir tarixi həm onun daş abidələrində, həm yaddaşlarda, həm də ornamentlərində və adət-ənənələrində qorunur. Saral kəndinin seysmik zonada olması 1988-ci ildə də zəlzələ ilə nəticələnib. 1988-ci ilin əvvəlindən Qərbi Azərbaycandan türklərin son nəfərinə qədər uzaqlaşdırıb qovmaq və “Türksüz Ermənistan” qurmaq istəyən ermənilərin böyük planları var idi. Bu plan həm də Pəmbək mahalını əhatə edirdi. Bu planın tərkib hissəsi məhz Saral, Qursalı və digər kəndlərin boşaldılması, əhalinin oradan köçürülməsi kimi çirkin bir niyyət olub”.

Bildirilir ki, qayıdış, öz Vətəninə getmək, yurda sahib çıxmaq hər bir qərbi azərbaycanlının başlıca qayəsidir:

“Öz Vətəninə qayıdış hissi indi böyük zəfərdən sonra, böyük qələbəmizdən sonra yenidən bir naxış alıb. Yeni rənglə yeni çalarla insanların ürəklərinə qayıdıb. Bu gün Saral kəndinin də əhalisi, hər biri bir qayıtmaq eşqilə yaşayır. Çünki Saral həm təbiəti baxımdan, həm coğrafi mövqeyi baxımından bir Vətən ocağı, bir yurd yeri olmaqla bərabər, nəsillərimizin yaddaşını özündə saxlayan həm də tarixi bir məkan idi. Ona görə bu qayıdışın kökündə həm də irsimizə, dünənimizə, yaddaşımıza qayıdış durur. Bu gün Sarala qayıdıb Saral mədəniyyətini, xalçalarını, incəsənətini yaşatmaq eşqi hər kəsdə, hər bir sarallının içində var”. Bundan əlavə, verilişdə Saral xalçalarının unikallığından bəhs olunur, əl işlərində məhz türk xüsusiyyətlərinin, inanclarının, mifologiyasının minilliklərdən ötürülən elementlərinin düzgün simmetrik və rəngarəng şəkildə çatdırılması göstərilir.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 345 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 345 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 345 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 345 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 345 baxış
Seçilmişlər
icon