Pleyeri seçin:

Saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verildi

26 mart 2024 382 baxış

Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 2024-cü il martın 23-də mətbuata açıqlamasında ölkə ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilib.

Azərbaycan Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olunduğu müəyyən edilib.

Həmçinin Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar saxlanılaraq Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Naxçıvanda əfv sərəncamı icra olundu | Məhkumların ilk sözləri nə oldu? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
"Bilmirik kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

"Bilmirik kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Kənd sakinləri üçün sosial-iqtisadi güzəştlər təklif olunur

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyi "OpenAI" şirkəti ilə əməkdaşlıq edəcək

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Kəndə qayıtmaq sərfəli olacaq? | İnsanlara güzəştlər ediləcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

2027-də maaşdan tutulan vergi artır: Orta gəlirlilərə təsiri nə olacaq? - AKTUAL GÜNDƏM

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Divarlar çatlayır, sakinlər təşviş içindədir | Hökməlidəki problem niyə həll edilmir? - Baku TV

Divarlar çatlayır, sakinlər təşviş içindədir | Hökməlidəki problem niyə həll edilmir? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV

Süni intellekt müəllimləri əvəzləyir? - "OpenAI" ilə əməkdaşlıq tədrisdə nəyi dəyişəcək? - Baku TV

Cəmiyyət
23 sentyabr 2026 382 baxış
Seçilmişlər
icon