Pleyeri seçin:

“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

07 sentyabr 2026 219 baxış

Famil Üzeyirov İkinci Qarabağ müharibəsi əlili olduğunu bildirir. Onun sözlərinə görə, əlillik müddəti iyulun 5-də başa çatıb və bundan sonra əlilliyi dayandırılıb.

Vətəndaş əlilliyin yenidən müəyyən edilməsi üçün tələb olunan sənədləri hazırlayaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim edib. Lakin onun iddiasına görə, artıq iki aydır ki, “Forma 88”in hazırlanmasını gözləyir.

“İyul ayının 5-i əlilliyimin müddəti bitdi. Dedikləri kimi, bütün sənədlərimi toplayıb təqdim etdim. Sentyabrın 1-də heç bir əmr çıxmadığına görə xəstəxanaya yaxınlaşdım.

Abşeron Rayon Mərkəzi Xəstəxanasında cərraha müraciət etdim və soruşdum ki, sənədlərim sistemə vurulub, ya yox. Pəncərədən sənədləri götürüb mənə təqdim etdi və bildirdi ki, hələ sistemə vurulmayıb. Səbəbini soruşanda dedi ki, yenidən travmatologiyaya getməliyəm.

Travmatologiyaya getdim, müayinədən keçdim və sənədləri təsdiqlətdim. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Bildirdilər ki, TƏBİB-ə müraciət etməliyəm.

TƏBİB-ə yaxınlaşdım. Orada bir xanım məni qəbul etdi və dedi ki, xəstəxananın baş həkimi məni yanına çağıracaq və orada mənə köməklik göstərəcəklər. Artıq dörd gündür nə zəng gəlir, nə də başqa bir məlumat verilir. Beş ildir ayağımdan çirk gəlir, hələ də sağalmayıb. Beş ildir ki, bu vəziyyətdə yaşayıram”, – o söyləyib.

Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, tibbi sənədləşmə zamanı həkim-travmatoloqun rəyində çatışmazlıq müəyyən edilib. Rəyin tamamlanması üçün vətəndaşın təkrar müayinədən keçməsi tələb olunsa da, o, tibb müəssisəsinə yenidən müraciət etməyib.

Bu səbəbdən “Forma 88”in rəsmiləşdirilməsi mümkün olmayıb. Vətəndaş tələb olunan tibbi müayinədən keçdikdən sonra sənədləşmə qanunvericiliyin tələblərinə uyğun olaraq tamamlanacaq.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə qeyd edilib ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Famil Üzeyirovun təyin olunmuş əlillik müddəti iyul ayında başa çatıb.

Hazırda vətəndaşla bağlı elektron sistemə heç bir məlumat daxil edilməyib. Tibb müəssisəsi tərəfindən şəxs üçün yeni “Forma 88” sənədi rəsmiləşdirildiyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirilə bilər.

Banner
Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Xankəndidə "SOCGOV 2026" forumu | Sosial xidmətlər üçün hansı hədəflər var? - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

"Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Bakı metrosunda sərnişinlər üçün yenilik | Stansiyada hansı işlər görülüb - ƏSAS XƏBƏR

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

"Robot təkəri necə dəyişəcək?!" - İnsan əməyinə ehtiyac qalmayacaq? - "Hamısını robot edəcək"

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

"Qayınanam "kapriznıy" idi, kaş başqa cür danışardım" | "Uşaq qız olanda ağız büzürdülər"

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Masazırda yaşayış evləri niyə böyük təhlükə riski ilə üz-üzədir? - Baku TV CANLI

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?

Cəmiyyət
23 oktyabr 2026 219 baxış
Seçilmişlər
icon