Sərnişin qatarlarından istifadə edənlərin nəzərinə | ADY dəyişikliklə bağlı məlumat yaydı
“Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.
Bununla bağlı Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Məqsəd 2025-2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.
Bununla əlaqədar olaraq iyulun 10-dan etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.
Qrafikdən çıxarılan reyslər Bakı–Sumqayıt–Pirşağı–Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir.
Həmçinin Bakı–Xırdalan və Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqamətləri üzrə Bakı Dəmiryol Vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır.
Sahələrdə davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.
#Azərbaycan Dəmir Yolları teqi istifadə olunub
- Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV
- Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI
- Horadiz-Ağbənd dəmiryol xəttində tikintinin gedişatı ilə bağlı açıqlama
- Azərbaycandan keçən yük qatarı Ermənistana yola düşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanacaq?
