Pleyeri seçin:

Məşhur mağazadan gülünc cavab | Bu fincanlar insan sağlığına ziyandır? - Baku TV

17 dekabr 2025 204 baxış

Qida Təhlükəsizliyi Agentliyinin Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” vasitəsilə əldə etdiyi məlumata əsasən, Çin istehsalı olan şüşə fincanlarda kadmium və qurğuşun kimi ağır metalların miqrasiyası aşkar edilib.

Mütəxəssislər tərkibində ağır metal aşkar edilən məhsulların insan sağlamlığı üçün təhlükəli olduğunu bildirirlər. Bu cür məhsulları adi gözlə müəyyən etmək isə mümkün deyil.

“Bu metalların zərəri dərhal deyil, zamanla orqanizmdə toplanaraq daxili orqanlara, xüsusilə qaraciyər və böyrəklərə mənfi təsir göstərir, hormonal balansı pozur. Bu metallar azyaşlı uşaqlarda, yaşlılarda, immun sistemi zəif olan insanlarda, hamilə və süd verən qadınlarda daha ciddi fəsadlar törədə bilər”, – deyə qida mütəxəssisi Məhsəti Hüseynova bildirib.

M.Hüseynova əlavə edib ki, keyfiyyət sertifikatı olan, içi boyalı olmayan, şüşə və ya saxsı materialdan hazırlanmış məhsullara üstünlük verilməlidir. Qızılı və ya parlaq rəngli bəzəkləri olan fincanlar isə şübhəli sayılır.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, standartlara və normativ sənədlərə uyğun olmayan malların istehsalı, satışı və xidmətlərin göstərilməsi inzibati məsuliyyətə səbəb olur. Bu maddə üzrə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə oluna bilərlər:

“Eyni zamanda qida tərkibi ilə bağlı qanuna uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalı, emalı, satışı, saxlanması və ya başqa formada dövriyyəyə buraxılması da inzibati məsuliyyətə səbəb olur”.

İdxal olunmuş məhsulların idxal sənədləri və aktı olmadan satış məqsədilə saxlanması, satılması və ya başqa formada dövriyyəyə buraxılması da inzibati məsuliyyət yaradır. Bu zaman fiziki şəxslər 350, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 3000-5000 manatadək cərimə oluna bilərlər.

"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

"Bizim üçün çətin idi" | İmtahan sualları abituriyentlərə nə qədər çətinlik yaratdı? - Baku TV

Cəmiyyət
12 mart 2026 204 baxış
Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Azyaşlıları açıq-saçıq geyimdə reklam etmək trendi | Bu, qanunla necə tənzimlənir? - Baku TV

Cəmiyyət
12 mart 2026 204 baxış
Paket çörəklərlə bağlı nələri bilmirik? | Ekspertlərdən açıqlama

Paket çörəklərlə bağlı nələri bilmirik? | Ekspertlərdən açıqlama

Cəmiyyət
11 mart 2026 204 baxış
Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub - Baku TV

Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
"İnsan anlamadığı dildə necə dua edə bilər?!" - Namazı hansı şəkildə qılmaq olar? - AMİN

"İnsan anlamadığı dildə necə dua edə bilər?!" - Namazı hansı şəkildə qılmaq olar? - AMİN

Cəmiyyət
11 mart 2026 204 baxış
Ramazan ayının 22-ci gününün duası - Baku TV

Ramazan ayının 22-ci gününün duası - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
Qubanın hansı kəndlərinin adının dəyişdirilməsi təklif edilir? - Baku TV

Qubanın hansı kəndlərinin adının dəyişdirilməsi təklif edilir? - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
Vətəndaşlara vacib xəbərdarlıq | Gərginlik artır, səfərlər təxirə salınır! - Baku TV

Vətəndaşlara vacib xəbərdarlıq | Gərginlik artır, səfərlər təxirə salınır! - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
"Ancaq qəbiristanlıqda sakitlik olur..." - "AzDrama"da qalmaqallarla bağlı suala cavab" - Baku TV

"Ancaq qəbiristanlıqda sakitlik olur..." - "AzDrama"da qalmaqallarla bağlı suala cavab" - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
"Düzəltmirlər, baxmırlar!" - Bağçada böyük təhlükə | "Belə olsa, qoymayacağam..." - Baku TV

"Düzəltmirlər, baxmırlar!" - Bağçada böyük təhlükə | "Belə olsa, qoymayacağam..." - Baku TV

Cəmiyyət
11 mart 2026 204 baxış
Seçilmişlər
icon