Pleyeri seçin:

Səyahət planları kabusa çevrildi | Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - Baku TV

30 aprel 2026 573 baxış

Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən “Summer Tour Azərbaycan” şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.

Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, indiyədək satılmış və ödənişi tam həyata keçirilmiş Türkiyə turları üzrə hər bir səyahətçidən 65 dollar əlavə ödəniş tələb olunur.

Turizm şirkətlərinə ünvanlanan məlumatda bu qərarın səbəbi kimi dünya üzrə mövcud iqtisadi vəziyyət, yanacaq qiymətlərində ciddi artım və çatışmazlıq fonunda aviabiletlərin qiymətlərində baş verən dəyişikliklər göstərilir.

Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-də hazırda hər hansı qiymət artımı müşahidə olunmur:

“Bahalaşma olsa belə, satış siyasətinə uyğun olaraq bu cür qərarlar yalnız qərarın verildiyi tarixdən sonra rəsmiləşdirilən biletlərə şamil edilə bilər. Azərbaycanda fəaliyyət göstərən tur operatorlar aviabilet, hotel, sığorta, transfer kimi xidmətləri paket halına salaraq vergi ödəyicisi olan turizm şirkətləri vasitəsilə müəyyən marja ilə satışa çıxarırlar. Bu qərar turizm şirkətlərini ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Turistlərlə turizm şirkətləri arasında narazılıq və mübahisələrin yaranması istisna deyil”.

Məsələ ilə bağlı “Summer Tour Azərbaycan” şirkətindən qeyd edilib ki, yanacaq əlavəsinin tətbiqi onların qərarı deyil və bu, şirkətin səlahiyyətlərinə daxil deyil:

“Təyyarələr aviaşirkətlərə məxsusdur və bu kimi dəyişikliklər birbaşa aviaşirkətlər tərəfindən tənzimlənir. Yanacaq əlavəsinin ödənilməsi ilə razılaşmayan turistlərə isə ödənişlər müvafiq cərimələr tutulmadan tam şəkildə geri qaytarılacaq”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 573 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 573 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 573 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 573 baxış
Seçilmişlər
icon