SOCAR-ın təşəbbüsü ilə daun sindromlu uşaqlar arasında dostluq matçı keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-ın “Sosial qayğı proqramı” çərçivəsində şirkətin təşəbbüsü və “Sumqayıt” Futbol Klubunun təşkilati dəstəyi ilə Daun sindromlu uşaqlar üçün futbol tədbiri təşkil olunub.
“Report” xəbər verir ki, Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Sumqayıt” ‒ “Neftçi” qarşılaşmasından əvvəl təşkil olunan tədbir çərçivəsində “Sumqayıt” və “Neftçi” komandalarının oyunçularının iştirakı ilə Daun sindromlu uşaqlar arasında dostluq matçı keçirilib.
Hər iki komandanın futbolçuları və onları müşayiət edən uşaqlar oyundan əvvəl meydana üzərində “Fərqli deyil, xüsusiyik!” şüarı əks olunan formalarla daxil olublar.
Layihə Daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, eyni zamanda onların psixoloji rifahının yüksəldilməsinə, özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədi daşıyır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
- SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV
- FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV
