Cəmiyyət
Pleyeri seçin:
Soğanın qiymətindən kənd sakinləri narazıdır | Qiymət niyə aşağıdır?
Bərdədə payızlıq soğanın yığımına başlanılıb.
Bu il əkin sahələri ötən illə müqayisədə təxminən eyni olsa da, qiymətlər xeyli ucuzdur.
Belə ki, keçən il ilkin yığım vaxtı bir kiloqram soğanın qiyməti 50 qəpik civarında idisə, indi bu rəqəm 20-25 qəpik arasında dəyişir.
Soğanın qiymətindən narazı olan kənd sakinləri alıcı qüvvəsinin də çox aşağı olduğunu bildiriblər.
“Bu il 3 hektar soğan əkmişəm. 3 hektara 15 minə yaxın xərcim çıxıb. Hazırda soğanın kisəsi 6 manatdır, bu qiymətə məhsulu yığmasaq, daha yaxşıdır”, – kənd sakini deyib.
Kopyalandı
Seçilmişlər