Pleyeri seçin:

Sökülən tikilinin yerində hansı bina inşa ediləcək?

03 sentyabr 2025 799 baxış

Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.

İşlərə məhz sentyabrın 2-də start verilməsi Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki bu tarix Azərbaycanın işğal edilən ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.

Bu gün hərbi cinayətlərdə ittiham olunan və hazırda Bakıda məhkəməsi keçirilən Babayan və digərləri bu binada oturaraq Qarabağda Azərbaycan Bayrağının yalnız bir halda dalğalana biləcəyini, bunun da məhz səfirliyin açılması ola biləcəyini bildirirdilər.

Artıq beş ildir işğaldan azad edilən ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq prosesi həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən “Böyük Qayıdış” Proqramı yalnız dağıdılmış infrastrukturun deyil, həm də milli kimliyin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli bir prosesdir.

Böyük quruculuq dalğasının davamı olaraq uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın sökülməsi yalnız rəmzi məna daşımır, bu həm də şəhərsalma baxımından əhəmiyyətlidir. Çünki tamamilə yöndəmsiz və şəhər arxitekturasına zidd olan bu binanın Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində sökülməsinə ciddi zərurət yaranmışdı.

Sökülən binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati bina inşa olunacaq.

Binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.

Yeni tikili Qarabağda dövlət idarəçiliyinin möhkəmləndirilməsinə xidmət edərək xalqımızın sarsılmaz iradəsini və dövlətimizin gücünü ifadə edən dəyərli simvol kimi tarixdə öz layiqli yerini tutacaq. Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur. 

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 799 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 799 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 799 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 799 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 799 baxış
Seçilmişlər
icon