Pleyeri seçin:

Soltanlıda aparılan tikinti-quruculuq işləri sürətlə davam etdirilir - Baku TV

26 iyul 2026 427 baxış

Cəbrayıl rayonunda yenidən qurulan yaşayış məntəqələrindən biri də Soltanlı kəndidir.

İşğal dövründə tamamilə dağıdılan, uzun illər qaranlığa və sükuta qərq olan kənddə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra həyat yenidən canlanır.

“Araz Vadisi İqtisadi Zonası”nın yaxınlığında yerləşən Soltanlı kəndi gələcəkdə əhalinin məşğulluğunun təmin edilməsi baxımından əlverişli mövqeyə malikdir. Eyni zamanda Zəngəzur dəhlizinin tərkib hissəsi hesab olunan Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolunun kəndin yaxınlığından keçməsi yaşayış məntəqəsinin strateji əhəmiyyətini artırır, onun gələcək inkişafı üçün geniş imkanlar yaradır.

Soltanlı kəndinin təməlqoyma mərasimi 2023-cü il noyabrın 24-də keçirilib. Hazırda kəndin yenidən qurulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində davam etdirilir.

Müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə inşa olunan Soltanlı yalnız yeni fərdi yaşayış evlərinin tikildiyi kənd deyil. Burada müasir sosial infrastrukturun yaradılması, iqtisadi imkanların genişləndirilməsi və sakinlər üçün rahat yaşayış mühitinin formalaşdırılması nəzərdə tutulur. Soltanlı gələcəkdə regionun nümunəvi yaşayış məntəqələrindən birinə çevriləcək.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 427 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 427 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 427 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 427 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 427 baxış
Seçilmişlər
icon