“Söyüş kimi cavab verdilər ki, gəl...” | 2 sahibi çıxan torpaq sahəsi ilə bağlı qalmaqal - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
2012-ci ildə Səbail rayonu, Salyan yolu, 32 ünvanındakı ərazidən 6 sot torpaq sahəsi alan Həmidə Əliyeva 10 il sonra çıxarış almaq istəyərkən gözlənilməz problemlə üzləşib. Məlum olub ki, həmin torpaq sahəsinin başqa sahibi də var.
Şikayətçinin sözlərinə görə, torpaq sahəsinin başqa şəxsə satılması barədə onun heç bir məlumatı olmayıb.
“Torpağı alan kimi ərazinin ətrafını hasarlatdırdım. Bu illər ərzində məndən başqa oraya gələn olmayıb. Qonşular da həmin torpağın mənə məxsus olduğunu bilirlər. 2022-ci ildə çıxarış almaq üçün müraciət edəndə məlum oldu ki, torpaq başqa şəxsə də satılıbmış. Dəfələrlə bildirdim ki, ərazini etibarnamə əsasında almışam. Mənə “biz torpağı çıxarışla almışıq, vecimizə deyil” dedilər. Hətta kobud şəkildə “daşlarını yığ apar” cavabını verdilər”, – deyə Həmidə Əliyeva bildirib.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
