Pleyeri seçin:

Sözümü deməyə icra hakimiyyətindən adam tapmıram | Həyəti çökən ev nə vaxt düzələcək?

18 oktyabr 2024 499 baxış

Oktyabrın 12-si Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsindəki fərdi yaşayış evlərindən birinin həyəti su borusunun partlaması nəticəsində çöküb.

Baku TV qaynar xəttə daxil olan müraciət əsasında adıçəkilən ünvanda olaraq mövcud vəziyyəti işıqlandırıb.

Zərərçəkən Məcnun Məmmədovun sözlərinə görə, hadisənin üzərindən 6 gün keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb.

“Rayon icra hakimiyyətinin nümayəndəsinə gecə uçqun olanda zəng etdim. Gəldilər, mənimlə 10-15 dəqiqə əraziyə baxdılar, sonra da maşına oturub çıxıb getdilər. İndi də səhər saatlarından aidiyyəti qurumların hər birinin burada nümayəndəsi var, hamısı bizə kömək etmək istəyir. Amma icra hakimiyyətindən bir nəfər də adam tapılmır. Gəlmirlər ki, onlarla birlikdə problem həll olunsun. Zəng edirəm, telefonu götürmürlər. İndi necə edək, dərdimizi kimə deyək?”, – deyə zərərçəkən narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hadisə baş verən gündən qurum məsələni diqqət mərkəzində saxlayır.

Onun sözlərinə görə, aidiyyəti xidmət sahələrini əraziyə cəlb etməklə yaranan problemin aradan qaldırılması istiqamətində işlər gedir. 

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 499 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 499 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 499 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 499 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 499 baxış
Seçilmişlər
icon