Cəmiyyət
Pleyeri seçin:

SSRİ-ni silkələyən qətl | Azərbaycana 5 il rəhbərlik edən Kirovun müəmmalı həyatı - ARAŞDIRMA

23 may 2024

Sergey Mironoviç Kostrikov 1886-cı ildə Urjum şəhərində kasıb bir ailədə anadan olub. Atası meşəçi, anası evdar qadın idi. Ailədə yeddi uşaq olsalar da, dördü hələ körpə ikən dünyasını dəyişmişdi. Günlərlə evə gəlməyən, içki düşkünü olan atası Miron bir gün üç körpə övladını xəstə arvadının ümidinə qoyaraq evdən gedir.

Sergey tezliklə anasını da itirir. Anası vəfat edəndən sonra iki bacısını nənəsi öz himayəsinə götürür, Sergeyi isə uşaq evinə verir. Yetimlər evində böyüyən Sergey buranı tərk edərək, inqilabçılarla görüşür.

1904-cü ildə Kazan mexanika-texnika məktəbini bitirən Sergey Kommunist Partiyasının sıralarına yazılır. O, 1905-ci ildən partiyanın tapşırığı ilə tətillər təşkil edir, yığıncaqlar keçirir, gizli mətbuat yaradır və başqa inqilabi işlər aparır. Bu fəallıq polisin diqqətindən yayınmır. Sergeyi həbs edirlər. O, 1909-cu ildə həbsdən qaçaraq, Vladiqafqaza gəlir və “Terek” qəzetində işə başlayır və 1912-ci ildə ilk dəfə mətbuatda “Sergey Kirov” imzası ilə məqaləsi çap olunur və beləliklə, yetim Sergey “Yoldaş Kirov”a çevrilir.

1917-ci ildə Peterburqda Oktyabr silahlı üsyanında fəal iştirak edən Kirov uzun döyüş yolları keçir. O, 1919-cu ilin yanvarında Orconikidze ilə 11-ci Qırmızı Ordunun Şimali Qafqaza hücumuna rəhbərlik edərək 1920-ci il aprelin 30-da 11-ci Qırmızı Ordu ilə birlikdə Bakıya gəlir. Yoldaş Kirov 1921-ci ilin iyununda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilir.

Kirov Azərbaycana gəldiyi ilk gündən silahdaşları ilə birlikdə neft hasilatının artırılması, neft sənayesinin bərpası və texniki cəhətdən qurulması sahəsində işlər aparmışdı.

Kirov Stalinlə ilk dəfə hələ 1917-ci ildə Sovetlərin ikinci Ümumittifaq qurultayında görüşmüşdü. Sergeyin təmiz, məntiqli nitqi, səliqəli görkəmi ilk baxışdan Stalinin diqqətini cəlb etdi. İlk tanışlıq sonralar möhkəm dostluğa çevrildi. Lakin Stalinin digər dostları kimi çox keçməmiş Kirovun da kitabı bağlanır.

Lenin öldükdən sonra bolşevik rəhbərliyində mövqe üstündə ölüm-dirim mübarizəsi başlayır. Stalin özünə xas məharətlə rəqiblərini bir-bir aradan götürürdü. Leninqradda daha yüksək mükafatlara – “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq görülən Sergey Mironoviç Kirov 1934-cü il dekabrın 1-də öz iş otağının qapısı ağzında Lev Nikolayevin arxadan tapança ilə açdığı atəş nəticəsində qətlə yetirilir.

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Şamaxıda görənləri heyrətə gətirən təbiət mənzərəsi

Cəmiyyət
22 noyabr 2024
Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Bunu edənlər psixi sağlamlıqdan əziyyət çəkmir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
22 noyabr 2024
Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Çörəklə bağlı fərqli inanclar | Qırıntılar yerə tökülərsə...

Cəmiyyət
22 noyabr 2024
Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

Cəmiyyət
22 noyabr 2024
Müştəri evdə yağı əritməyinə peşman oldu |  AQTA-dan məsələ ilə bağlı açıqlama

Müştəri evdə yağı əritməyinə peşman oldu | AQTA-dan məsələ ilə bağlı açıqlama

Cəmiyyət
22 noyabr 2024
İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

İnsanları qorxudub deyirlər ki, sizi... | Xətaidə qanunsuz söküntü aparılır?

Cəmiyyət
22 noyabr 2024
Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Sərhəd Qoşunlarında xidmət edən 2 minə yaxın hərbi qulluqçu mükafatlandırılıb

Cəmiyyət
22 noyabr 2024
Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Bu qatarların əvvəlki qrafiki bərpa olunur | “Azərbaycan Dəmir Yolları”ndan vacib açıqlama

Cəmiyyət
22 noyabr 2024
Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Yerli balıqlar ucuzlaşdı, amma... | Bazarda alıcılar və satıcılarla reportaj

Cəmiyyət
22 noyabr 2024
Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Neçə hərbi qulluqçu şəhid olub? - Sərhəd Qoşunları komandanından açıqlama

Cəmiyyət
22 noyabr 2024
Seçilmişlər
icon