Pleyeri seçin:

Sufilərin gizli işarələri həkk olunduğu Göyçə xalçası - Qərbi Azərbaycan Xronikası

18 iyul 2023 434 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə xalçaçılığında “Çələbi” izi” adlı veriliş efirə gedib.

Verilişdə Qərbi Azərbaycanın Göyçə mahalının füsunkar təbiətinin xalçaçılıq sənətinə təsirindən söz açılır.

Bildirilir ki, Göyçə xalçaçılıq məntəqəsi bütövlükdə Azərbaycan xalçaçılıq məktəbinin müxtəlif elementləri ilə daha zəngin idi: “İnsanlar öz dünyagörüşlərindən irəli gələrək birinci ibtidai, primitiv toxuculuq nümunələri yaradırdılar. Onların içərisində məişətdə istifadə olunan duzqabıdan tutmuş at çulu, xurcuna qədər, daha sonrakı dövrdə kilimin və palazın ən primitiv növlərindən mürəkkəbə, xalçaya, tikiş sənətinin zirvəsi sayıla biləcək iri ölçülü xalçaçılığa doğru bir dəyişim oldu”.

Qeyd olunur ki, “Çələbi” xalçası Göyçə xalçaçılıq məntəqəsində də çox geniş yayılıb: “Çələbi” xalçalarında çox gizli kodlar, açarlar, bədii sənətkarlıq nümunəsi, mistik aləmin elementləri var. Xalçaçılar adi yaddaşla toxuduqları bu elementlərdə sufilikdən, ondan əvvəl isə tenqriçilikdən və şamanlıqdan irəli gələn elementləri əks etdirirdilər.

Göyçə mahalı yaxınlıqda olan digər Azərbaycan əraziləri, mahalları ilə sıx mədəni, ticari əlaqədə olduğundan Göyçə xalçalarının içərisində Gəncə, Qazax-Borçalı, Qarabağ xalçalarının nümunələri, Təbrizdə, Ərdəbildə, Naxçıvanda toxunmuş xalçaların da elementləri var. Ənənəvi mücərrəd həndəsi işarələrin xalçada özünə yer etməsi Azərbaycanın əksər xalçaçılıq məktəbləri üçün xarakterik olduğu kimi, Göyçə xalçalarında da nəzərə çarpır. Göyçənin cecimi, ladı, zilisi, heybəsi, yəhər üstüsü, ləmiqabağı, xaralı dünyanın bir çox məşhur kolleksiyalarında layiqli yerini tutub”.

Banner
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Oktyabrın son günlərində havalar necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

"Əslində, kişilər işləyir, qadınlar isə..." | Sakinlər danışdı | "O zaman cinsə baxmayacaqsınız"

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

"Bütün həyətlərdan su çıxır" | Novxanı sakinlərinin kanalizasiya problemi - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Saç çıxaran vasitələr: nəticə, yoxsa boş vəd? | "İstifadə edirəm, başım, üzüm qabıq verir" - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Məktəbdənkənar fəaliyyətin övladlarımız üçün əhəmiyyəti nədir? - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 434 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 434 baxış
Seçilmişlər
icon