Pleyeri seçin:

Xocalı – faciədən dirçəlişə uzanan yolun hekayəsi: nələr yaşandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

12 iyun 2026 534 baxış

“Gör nələri qaytarmışıq” verilişinin növbəti buraxılışı bir vaxtlar faciənin, bu gün isə ədalətin və qayıdışın rəmzinə çevrilən Xocalıya həsr olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və 366-cı motoatıcı alay tərəfindən Xocalıda dəhşətli soyqırımı törədildi. Bu amansız qətliam zamanı 613 mülki sakin qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi.

Bu faciəyə hüquqi-siyasi qiymət verilməsi üçün uzun illər “Xocalıya ədalət!” kampaniyası aparıldı.

Xocalının əsl tarixi ədaləti isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan hərbi Zəfər və qisas alan qəhrəman Ordumuz sayəsində bərqərar olundu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə bölgədəki separatizm yuvası birdəfəlik ləğv edildi. Nəhayət, 15 oktyabr 2023-cü ildə Azərbaycan Bayrağı Xocalıda dalğalandı.

Böyük Qayıdış proqramı çərçivəsində bərpa edilən Xocalıya ilk köç 2024-cü ilin mayında baş tutdu və sakinlər Xanyurdu, Ballıca kimi doğma kəndlərinə geri döndülər.

Şəhərin iqtisadiyyatını dirçəltmək üçün qədim ənənələr bərpa olunur, bir hektar sahəyə 10 min ting olmaqla yeni tut bağları salınaraq əhalinin məşğulluğu təmin edilir.

XVIII əsrə aid olan və işğaldan azad edilən tarixi Əsgəran qalası isə bu gün bölgənin həm daş yaddaşı, həm də mühüm turizm marşrutu kimi yenidən canlanır.

Banner
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 534 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 534 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 534 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 534 baxış
"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

"Neçə ildir bura bu gündədir" | Hökməlidə sakinlərin problemi niyə bu həddə çatdı? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 534 baxış
Seçilmişlər
icon