Pleyeri seçin:

“İmtahandan da keçiblər, amma...” | Rus bölməsinin 1-ci sinfi bağlanır? - Baku TV

11 iyun 2026 557 baxış

Ağdaşdan olan bir qrup valideyn Baku TV-nin qaynar xəttinə müraciət edib.

Onlar bildirirlər ki, rayonun Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbində rus bölməsinin bağlanacağı planlaşdırılır. Hazırda rus bölməsinə qəbul olan 21 şagirdin valideyni övladlarının təhsilindən narahatdır.

Valideynlərdən biri deyib:

“Bizə bildirirlər ki, sinfiniz açılmayacaq. Ya uşaqlar başqa rayonlarda və ya şəhərlərdə oxusunlar, ya da Azərbaycan bölməsinə keçsinlər. Səbəb kimi kadr çatışmazlığı göstərirlər, amma bu, doğru deyil”.

Başqa bir valideyn əlavə edib:

“Uşaqlar bir ildir rus bölməsinə hazırlığa gəlirlər. Mayın 19-u imtahan veriblər və 21 uşaq keçib. İndi deyirlər ki, sinif açılmayacaq. Bu, uşaqların təhsil hüququnun pozulmasıdır”.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, birinci sinfə qəbul prosesi elektron sistem üzərindən aparılır:

“Sinif komplektləri yalnız qəbul prosesinin bütün mərhələləri yekunlaşdıqdan sonra formalaşdırılacaq. Müsahibə mərhələsi məktəblər tərəfindən təşkil edilən müsabiqə xarakteri daşımır. Məqsəd yalnız uşaqların seçilmiş tədris dili üzrə dil bacarıqlarının qiymətləndirilməsidir.

Müsahibədən uğurla keçən uşaqlar üçün 17 iyun tarixindən etibarən valideynlər məktəb və müəllim seçimi edə biləcəklər. Birinci sinfə qəbul prosesi sentyabr ayınadək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üçün də müraciət imkanı yaradılacaq. Valideynlərdən xahiş olunur ki, prosesin hər mərhələsini rəsmi tarixlərə uyğun izləsinlər və yalnız rəsmi məlumatlara əsaslansınlar”.

Banner
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu durmadan artır

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Bakıdan dünyaya birlik mesajları | Azərbaycanın beynəlxalq dialoq məkanı kimi rolu artır - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 557 baxış
Seçilmişlər
icon