Sumqayıt İcra Hakimiyyətindən sahibsiz itlərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində 4 və 39 nömrəli məktəblərin qarşısına sahibsiz itlər toplanır.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət hər gün təkrarlanır. Problemlə əlaqədar dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir:
“Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıq verilib”.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
