Sumqayıt sakinləri kanalizasiya problemindən əziyyət çəkir
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərindən keçən “Acıdərə” kanalında antisanitar vəziyyət yaranıb.
“Yaşıl dərə” yaşayış massivinin sakinləri kanalın boruya alınmamasından şikayətlənirlər. Yay fəslində üfunətdən ərazinin keçilməz olduğunu söyləyən sakinlər qışda isə buranın bataqlığa çevrildiyini bildiriblər.
Uzun illərdir mövcud problemlə üzləşən sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, praktiki olaraq heç bir tədbirin görülmədiyini söyləyirlər. Onların sözlərinə görə, hər dəfə müraciətdən sonra aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib gediblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, “Acıdərə” kanalının şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb: “Kanalın qapalı sistemə salınması üçün beton kanalizasiya sistemi inşa edilib. Bu istiqamətdə işlərin davam etdirilməsi, yəni açıq qalan hissələrin də boruya salınması nəzərdə tutulub”.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
