Sumqayıtdakı partlayış yeniyetməni də canından etdi | Ailənin daha 1 üzvü isə…
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri həyatını itirib.
Partlayış zamanı xəsarət alan 17 yaşlı Ayxan Əliyev dekabrın 8-i gecə saatlarında müalicə aldığı xəstəxanada ölüb. Hazırda onun dəfn mərasimi keçirilir.
Qeyd edək ki, dekabrın 3-də Sumqayıtın 13-cü mikrorayon ərazisindəki beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb, onlardan 3-nün vəziyyəti yüngül olub.
Məlumat üçün bildirək ki, ağır yanıq xəsarətləri alan 3 nəfər bir ailənin üzvüdür. 47 yaşlı Ramin Əliyev dekabrın 7-də, oğlu 17 yaşlı Ayxan Əliyev isə dekabrın 8-də dünyasını dəyişib. Ailənin digər üzvü 14 yaşlı Familə Əliyevanın müalicəsi Bakıdakı xəstəxanaların birində davam etdirilir.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
- Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI
- 10-dan çox ailə şikayətləndi | Yataqxanadan köçürülən sakinlər nədən narazıdır? - Baku TV CANLI
