Sürücülərə şad xəbər | Parklanma ilə bağlı hansı yeniliklər edildi?
Paytaxtın bəzi küçələrində ödənişsiz parklanma yerləri təyin olunub.
Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq sürücülərin avtomobillərini rahat və pulsuz şəkildə parkinq etmələri üçün şərait yaradılıb.
Ümumilikdə doqquz məntəqə üzrə 94 ödənişsiz parkinq yeri təşkil edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur:
“Üç məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir. Vətəndaşlarımız qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.
#Səbail rayonu teqi istifadə olunub
- "Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV
- Sakinlər nə edəcəyini bilmir | Badamdarda yol 4 aydır bağlıdır? - Baku TV
- Kanalizasiya problemi sürüşməyə səbəb oldu? | Səbaildə nə baş verir? - Baku TV
- Sakinlər çirkab sularının sürüşməni sürətləndirdiyini iddia edirlər
- Səbaildə mübahisəli ərazi | "Əcəb edib tikib" | Yol zəbt olunub, yoxsa evin sərhədidir? - Baku TV
