Pleyeri seçin:

Şuşa – sərhədlərə sığmayan şəhərin həqiqətləri | İllərin yarası necə sağaldı?

25 iyun 2026 439 baxış

“Gör nələri qaytarmışıq” verilişinin yeni buraxılışı mədəniyyətimizin beşiyi hesab olunan Şuşaya həsr olunub.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən sıldırım qayalar üzərində salınan Şuşa əvvəlcə qala, sonradan isə xanlığın paytaxtı oldu. Zamanla məktəb, akademiya və böyük mədəniyyət mərkəzinə çevrilən bu şəhərin küçələrində sanki musiqi nəfəs alırdı. Muğamın bir həyat tərzi kimi yaşandığı Şuşa "Qafqazın konservatoriyası" adını qazanmışdı.

1992-ci ilin mayında Şuşa mühasirədə idi. Azərbaycan ağır siyasi böhran yaşayırdı və orduda vahid komandanlıq yox idi. Dövlət özünün ən çətin günlərindən keçirdi və mayın 8-də Şuşa işğal edilərək tariximizin ən böyük yaralarından birinə çevrildi.

Şuşanın əsl tarixi ədaləti 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qazanıldı. Azərbaycan əsgərlərinin yalın əllə sıldırım qayaları aşaraq düşmənlə əlbəyaxa döyüşə girməsi ilə Şuşaya gedən yol müxtəlif ölkələrin döyüş ədəbiyyatına salınan böyük bir tarixə çevrildi.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan son 100 ilin ən böyük müjdəsini aldı. Bu tarixi xəbər yalnız bir şəhərin qurtuluşu deyil, həm də milli qürurumuzun geri qayıtması idi.

Bu gün Şuşada binalarla bərabər həm də şəhərin ruhu bərpa olunur. Şuşanın tarix boyu oynadığı rolun təsdiqi olaraq şəhər 2021-ci ildə Azərbaycanın, 2023-cü ildə isə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. 

Banner
"Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV

"Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
"Biz hələ Şərqi düz-əməlli öyrənməmişik” | Köklərimizdən uzaqlaşmaq gələcəyimizi necə dəyişdirir?

"Biz hələ Şərqi düz-əməlli öyrənməmişik” | Köklərimizdən uzaqlaşmaq gələcəyimizi necə dəyişdirir?

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Bu tarixdən ölkə ərazisində hava kəskin dəyişir? - Baku TV CANLI

Bu tarixdən ölkə ərazisində hava kəskin dəyişir? - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Vəfat edən insanları onların robot kopiyaları əvəzləyə bilərmi? - Baku TV

Vəfat edən insanları onların robot kopiyaları əvəzləyə bilərmi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

"Hər şey qaydasında olacaq” dedikləri yol niyə bərbad haldadır? - “Gecə saat 3-də...” - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Ballistik raket zərbəsi Gəncəyə necə dəhşət saçdı? - Hücumdan 6 il ötdü... - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər - Baku TV CANLI

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

İtkinlərin taleyinin aydınlaşdırılması üçün İrəvandan konkret addım gözlənilir - Baku TV

Cəmiyyət
08 oktyabr 2026 439 baxış
Seçilmişlər
icon