Şuşa üçün xüsusi plan qurulmuşdu | Qarabağ zəfərinin zirvəsi olan döyüş
2020-ci il noyabrın 8-də xalqımızın tarixinə ən parlaq və möhtəşəm qələbələrdən biri yazıldı.
Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb dağ relyefi, sıldırım qayaları, sıx meşələri, dərin dərələri, çətin və keçilməz dolayları adlayaraq Şuşa şəhərini erməni işğalçılarından azad etdi.
Şuşa uğrunda döyüşlər barədə Baku TV-yə danışan hərbi qulluqçularımız Qarabağ Zəfərinin zirvəsinin Şuşa olduğunu vurğulayaraq şəhərin işğaldan azad olunması üçün xüsusi plan qurulduğunu bildiriblər:
“Təyin olunmuş istiqamət üzrə hərəkət edərək müxtəlif dərələrdən keçdik. Düşmən bilirdi ki, Şuşaya yaxınlaşacağıq. Müxtəlif istiqamətlərdə pusqular qurulmuşdu. Bir sıra variantlarla bizi yavaşlatmağa çalışırdılar. Ancaq biz düşmənin gözləmədiyi istiqamətlərdən keçərək üstünlüyü ələ aldıq”.