Pleyeri seçin:

Şuşadan videolar çəkib, erməniyə göndərən Fidan saxlanıldı

08 sentyabr 2023 248 baxış

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının əldə etdiyi bu səs yazıları 20 yaşlı Fidan Əliyevanın Ermənistan xüsüsi xidmət orqan əməkdaşlarından biri ilə “Telegram” platforması üzərindən danışığı zamanı qeydə alınıb.

“Trend”in məlumatına görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrında başlayan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında o da olub.

Fidanın “Telegram” platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.

Məhkəmədə ifadə verən Fidan Əliyeva bildirib ki, “Telegram”da tanış olduğu adamı rusiyalı zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub. “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”, – deyə o əlavə edib.

Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.

İş materiallarından isə görünür ki, gənc qız gizlin danışdığı Ermənistan xüsusi xidmət orqanı əməkdaşının istəyi ilə Laçın-Xankəndi yolunda başlanan etiraz aksiyasına qoşularaq oradan foto və video materiallar çəkib həmin şəxsə göndərib. Fidan Əliyeva ekofəalların olduğu bu videoları nə məqsədlə çəkib həmin şəxsə göndərdiyi sualına aydınlıq gətirməyib. Onun işi üzrə məhkəmə araşdırmaları davam edir.

Qeyd edək ki, Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşları vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü, yəni dövlətə xəyanət maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

“Burada hamı onun nəvəsidir” | Kəmalə uzunömürlülüyün sirrini bu kənddə tapdı? - KƏNDİNƏ QAYIT

Cəmiyyət
21 dekabr 2025 248 baxış
AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

AZAL qəzasında həlak olanların ailələri Aktauya getdi - Baku TV

Cəmiyyət
21 dekabr 2025 248 baxış
Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Şamaxılı 87 yaşlı Camal nənənin gənclərə tövsiyələri - Baku TV

Cəmiyyət
21 dekabr 2025 248 baxış
"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

"Yeni il karvanı" sirk şousu | Bakı Dövlət sirkinin möhtəşəm təqdimatı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 248 baxış
Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Azərbaycanda bir ilk | Balaca boylu aktyorların teatrı fəaliyyətə başladı - Baku TV

Cəmiyyət
21 dekabr 2025 248 baxış
“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

“Dedi, gəl qızımı al, evimi də verirəm” | İnternatda böyüyən ata 9 uşağı necə saxlayıb?

Cəmiyyət
20 dekabr 2025 248 baxış
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç | Sakinlər hisslərini bölüşdü - Baku TV

Cəmiyyət
20 dekabr 2025 248 baxış
“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

“Həyatıma girən kişilər ilk bu sualı verir” | Fitnes model Günay “Qapqara”da hansı sirrini açdı?

Cəmiyyət
20 dekabr 2025 248 baxış
“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

“WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək

Cəmiyyət
20 dekabr 2025 248 baxış
Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Araik Arutyunyan məhkəmədə nələri etiraf etdi?

Cəmiyyət
20 dekabr 2025 248 baxış
Seçilmişlər
icon