Pleyeri seçin:
Dövlətə xəyanətdə ittiham olunan iki nəfər həbs edildi
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.
APA xəbər verir ki, Azərbaycan vətəndaşları Fidan Əliyeva və Tərlan Abbasov dövlətə xəyanət etməkdə təqsirləndirilir.
Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.
Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
Kopyalandı
#Bakı Ağır Cinayətlər Məhkəməsi teqi istifadə olunub
- Sabiq icra başçısının oğlu Babəli Babayevin məhkəməsi keçirildi | Hakim nə qərar verdi? - Baku TV
- "Meydan TV" işi üzrə məhkəmə başladı - Baku TV
- Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV
- Təqsirləndirilən hakim qarşısına çıxarılıb
- Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV
