Təqsirləndirilən hakim qarşısına çıxarılıb
Bülbülə qəsəbəsində yerli sakini məsciddə yatdığı yerdə qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Elvin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayının 26-da səhər saat 05:00 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən İmamzadə məscidində baş verib. 36 yaşlı Nadir Səfərovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Nadir Səfərovun 30 yaşlı Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
#Suraxanı teqi istifadə olunub
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
- “Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV
- Əmircan sakinlərinin yol problemi niyə həllini tapmır? - Baku TV
- Suraxanıda market və evi qarət edən şəxs necə tutuldu? - Baku TV CANLI
