Bir ailənin 5 üzvü narkotik satışına görə həbs olunub - Baku TV
Bakıda əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunan 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər Hümbət Cəfərovun 12 il, onun oğlu Əli Cəfərovun 11 il, qızı Şəlalə Cəfərovanın isə 10 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Çıxışlar üçün söz müdafiə tərəfinə verilsə də, onlar buna hazır olmadıqlarından vaxt istəyiblər. Növbəti proses dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, polisin keçirdiyi əməliyyat zamanı onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.
Məlum olub ki, bu şəxslər aşkar olunan maddələri Bakıya İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürərək gətiriblər.
Saxlanılan şəxslər Bakıda narkotik vasitələrin əsas tədarükçülərindən olublar. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, təqsirləndirilənlərdən Əli Cəfərov və bacısı Şəlalə Cəfərovanın həyat yoldaşları da eyni əmələ görə hazırda həbsdədirlər.
#Cinayət işi teqi istifadə olunub
- Terror törətməyə cəhd edən Karen Avanesyanın cinayət işi məhkəmə baxışına verilib - Baku TV
- Səhiyyə Nazirliyində əmlak qalmaqalı: Cinayət işi açıldı - Baku TV
- Tanışını bıçaqlayıb qaçmaq istədi, maşın vurdu | Cinayətkar məhkəmədə dindirildi - Baku TV
- İş yerindəki mübahisə faciəyə səbəb oldu | Qətl törədən cinayətkara hökm oxundu - Baku TV
- Təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsində nələr yaşandı?
