"Valideynlər uşaqlarını tək buraxa bilmir" | Ağsuda çay daşdı, təhlükəli vəziyyət yarandı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsu ilə Maşadqanlı kəndini birləşdirən avtomobil yolunda sürüşmə qeydə alınıb.
Ağsu çayının daşması nəticəsində yola ciddi ziyan dəyib və iri çatlar yaranıb. Bu istiqamətdə üç kənd mövcuddur və kənd sakinləri çətin şəraitdə hərəkət etməyə çalışırlar.
“Bu kənddə 100 ev var və rayonla əlaqədardır. Xəstəsi, qocası olan var. Bir balaca sel gəlsə, hər şey dağılacaq. Torpaq da şəxsi mülkiyyətdir. Yol bağlı olsa, vəziyyətimiz pis olacaq. Çatlar hər keçən gün artmaqdadır. Adam qorxur, iki maşın gələndə birinin keçməsini gözləməli olursan”, – sakinlərdən biri narazılığını dilə gətirib.
Başqa bir sakin isə bildirib:
“Sürüşmələr artmaqda davam edir, nə qədər artacaq, xərclər böyüyəcək. Məktəbə gedən uşaqlar çətinlik yaşayırlar, valideynlər onları çaya düşməmələri üçün özləri aparıb-gətirirlər”.
#Ağsu teqi istifadə olunub
- "Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"
- Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI
- "Yalandan lent bağlayıblar ki..." | Ağsu dolaylarında sürüşmə zonası genişlənir - Baku TV
- "Təxminən 15 metr..." | Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib - Baku TV
- Ağsuda yol problemi: Rayon sakinləri uzun müddət davam edən problemdən şikayətçidir - Baku TV
