Taksi şirkətində icazəsiz işləyənlərə cərimə
Yanvarın 1-dən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat cərimələnəcək.
Bu, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi kimi sərnişin daşıyanlar bir il ərzində təkrar eyni qanun pozuntusunu törətdikdə vəzifəli şəxslər 4000, hüquqi şəxslər isə 2000 manat cərimə olunacaq.
Buraxılış kartı olmadan minik avtomobilləri ilə taksi kimi sərnişin daşıyanlar 40 manat cərimələnəcək. Eyni hal bir il ərzində təkrar törədildikdə cərimə 80 manata qalxacaq. "Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən tələblərin pozulmasına görə vəzifəli şəxslər 10 500, hüquqi şəxslər isə 20 min manat cərimə ediləcək.
Eyni zamanda qanuna əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.
#Taksi sürücüləri teqi istifadə olunub
- Taksi sürücüsü kimi işləmək istəyənlər üçün vacib xəbər
- Bu yeniliklə taksi sürücüləri fırıldaqçılıq edə bilməyəcək! - Sərnişinləri sevindirən xəbər
- Nazirlər Kabinetinin qərarını heçə sayanlar | Vaxtı keçmiş avtomobillər necə taksi işləyir?
- Fransada taksi sürücüləri yeni qaydalara görə ayağa qalxdı | Etirazdan görüntülər
- Taksi sürücüsünün bu videosu medianı çalxaladı | DİN hərəkətə keçdi
