Pleyeri seçin:

Taleh Qaraşov məhkəməyə niyə gəlmədi? - Sui-qəsd cəhdi ilə bağlı gizli detallar

02 aprel 2025 538 baxış

Lənkəranın icra başçısı Taleh Qaraşova sui-qəsdə cəhddə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən qismində tanınan Lənkəranın icra başçısı Taleh Qaraşovun nümayəndəsi, vəkil Taleh İbrahimov özünü məhkəməyə təqdim edib.

Zərərçəkənin nümayəndəsi Taleh Qaraşovun prosesə gəlmədən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməsini məhkəmənin diqqətinə çatdırıb. Buna görə də Taleh Qaraşovun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.

Zərərçəkən icra başçısı vurğulayıb ki, o təqsirləndiriləni istintaqa qədər heç vaxt tanımayıb.

"Onun sui-qəsd planları barədə mətbuatdan xəbər tutmuşam. Bununla yanaşı, kiminsə məni güdməsini, izləməsini heç vaxt hiss etməmişəm", ‒ deyə T.Qaraşov ifadəsində qeyd edib. Zərərçəkənin nümayəndəsi Taleh Qaraşovun təqsirləndirilənə qarşı hər hansı maddi təzminat iddiasının olmadığını, amma təqsirləndiriləndən şikayətçi olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Aprelin 29-da keçirilməsi nəzərdə tutulan növbəti proses şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 538 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 538 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 538 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 538 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 538 baxış
Seçilmişlər
icon