Pleyeri seçin:

Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

28 iyul 2026 267 baxış

Azərbaycanda taxıl biçini yekunlaşmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Şövqi Lələşov bildirib ki, iyulun 28-nə olan məlumata əsasən, taxıl sahələrinin 92,6 faizində biçin başa çatıb.

Onun sözlərinə görə, mövsüm ərzində 890 min hektara yaxın sahədə biçin aparılıb və 3 milyon 584 min tondan çox məhsul yığılıb:

"Hazırda buğda və arpa üzrə orta məhsuldarlıq 34,4 sentner/hektardır. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner/hektar çoxdur".

Ş.Lələşov qeyd edib ki, buğda sahələrinin 88,7 faizində, arpa sahələrinin isə 96,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sentner/hektar, arpa üzrə isə 32,2 sentner/hektar təşkil edir. Artıq 22 rayonda taxıl biçini tam başa çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, mövcud nəticələr ilkin proqnozlara uyğundur:

"Gözləntilərimiz özünü doğruldur. Son nəticə biçin tam yekunlaşdıqdan sonra məlum olacaq, lakin hazırkı məhsuldarlıq proqnozlaşdırılan göstəricilərə uyğundur".

Şövqi Lələşov işğaldan azad olunmuş ərazilərdə də taxıl biçininin plan üzrə davam etdiyini bildirib:

"Həmin ərazilərdə də məhsuldarlıq qənaətbəxşdir və proqnozlaşdırılan göstəricilər əldə olunur".

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 267 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 267 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 267 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 267 baxış
Seçilmişlər
icon