Cəmiyyət
Pleyeri seçin:
TƏBİB azərbaycanlı həkimi Almaniyadan Vətənə çağırdı
Almaniyada 20 min avroluq maaşı buraxıb Vətənə qayıdan azərbaycanlı invaziv kardioloq Nicat İbrahimov fəaliyyətini dövlət xəstəxanasında davam etdirəcək.
TƏBİB-in sözçüsü Zamirə Ədilova İbrahimov Nicat Xalid oğlunun 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayacağını açıqlayıb.
Hazırda ölkədə olan Nicat İbrahimov xəstəxanaya da baş çəkib. TƏBİB rəsmisi Nicat İbrahimovun qurumun dəvəti ilə Vətənə gəldiyini bildirib.
Qeyd edək ki, 12 il Almaniyada yaşayan N.İbrahimov dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycanın ikinci yerdə olması barədə statistikadan narahat olduğunu və Azərbaycana qayıtmağa qərar verdiyini deyib.
Kopyalandı
Seçilmişlər